Abşeronda piyadanı avtomobil vuraraq öldürüb

# 01:17
4 may 2021

Abşeron rayonunda Novxanı-Binəqədi yolunda ağır yol qəzası baş verib.

 

APA TV  xəbər verir ki, hadisə “Praqa” restoranının qarşısında qeydə alınıb.

 

Quliyev Təyyar Hümbət oğlu idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən, təxminən 45-50 yaşlı kişini vurub. 

 

Piyada hadisə yerində ölüb.

 

Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR