Acınacaqlı durumda olan ailəyə görün kim yardım etdi?!

# 18:18
10 iyun 2022

Bilgəhdəyik, balaca Alimə Həşimovanın mənzilində. 6 aylıq qızcığaz beynə maye yığılması xəstəliyindən əziyyət çəkir. APA TV ailənin maddi durumu və körpənin müalicəsi üçün lazım olan vəsaitlə bağlı süjet hazırlamışdı. Efirə gedən video materialdan sonra Həşimovlar ailəsinin bank hesabına Alimənin müalicəsi üçün müəyyən miqdarda vəsait köçürüldü. Bu gün isə körpənin müalicəsi üçün lazım olan 3 min manat vəsaitin tamamlanmasına “Texnomart” mağazalar şəbəkəsi yardımçı olacaq.

 

Həşimovlar ailəsi gördüyünüz bu mənzildə yaşayır. İki azyaşlı övladı ilə birgə yaşayan ailənin maddi durumu ağırdır. İndi “Texnomart “ mağazalar şəbəkəsi bizimlə birgə ailənin qonağıdır. Məqsəd Aliməyə maddi yardım etmək, həm də ailəyə ehtiyacı olan məişət əşyaşlarını - tozsoran, paltaryuyan maşın, televizor təqdim etməkdir.

 

Uşağın valideyni Alim Həşimov deyir ki, APA TV-yə övladımla bağlı müraciət etdim: “Qızımın müalicəsi üçün imkanlı şəxslərdən yardım istədim. Sizin vasitənizlə xalq kömək əlini uzatdı. Yenə də sizin vasitənizlə “Texnomart “şirkəti qızımın əməliyyatı üçün vəsaiti tamamladı. Hamınıza təşəkkür edirəm. Qızım özəl klinikalardan birində əməliyyat olunacaq, beynindəki maye yığıntısı, inşallah, çəkiləcək”.

 

Beləliklə, APA TV növbəti uğurlu və xeyir işə vəsilə oldu. Bu xeyirxah işdə iştirak edən hər kəsə, o cümlədən, TEXNOMART şirkətinə təşəkkürümüzü bildiririk. Allah bu gözəl balanı qorusun, böyüyüb yurdumuzun fəxri olsun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR