Afət Fərmanqızının həyat yoldaşı TUTULDU - SƏBƏB

# 12:16
1 fevral 2022

Müğənni Afət Fərmanqızının həyat yoldaşı saxlanılıb.

 

APA TV xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkədə məlumat yayıb.

 

O bildirib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları səhər saatlarında həyat yoldaşını saxlayıb:

 

“Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracağam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb, onu təhqir edib”.

 

APA-nın əldə etdiyi məlumata görə, müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.

 

Mamed Nanacanov Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR