Ağcabədidə qəza baş verib, ölən və xəsarət alanlar var

# 22:29
16 may 2021

Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölən və xəsarət alanlar var.

 

APA TV xəbər verir ki, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hüslü kənd  sakini  Həsənov Mirağa Adişirin oğlu idarə etdiyi  “VAZ2106" markalı, 06 BG 270 dövlət nömrə nişanlıavtomobillə hərəkətdə olarkən  idarəetməsino itirməsi nəticəsində  yol kənarındakı beton dirəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü Mirağa Həsənov  hadisə yerində ölüb.

 

Avtomobildə olan 3 sərnişin  Hüsülü kənd sakinləri - 2004-cü il təvəllüdlüBaxışov Coşqun Mirdamət oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Orxan Məhəmməd oğlu və 2006-cıil təvəllüdlü Məmmədov Sənan Elbrus oğlu ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR