Ağdamda qoyun otaran şəxs minaya düşüb, sol ayağı amputasiya edilib

# 16:41
18 aprel 2021

Xocalı rayon sakini Ağdam ərazisində minaya düşüb.

APA TV xəbər verir ki,  hadisə ötən gün rayonun Ergi düzündə baş verib. Xocalı rayon sakini hazırda Ağcabədi rayon Yuxarı Qiyaməddinli kəndində Məskunlaşan 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlu Ağdam Rayon Ergi düzündə heyvan otararkən minaya düşüb. Quliyev Arif yaxınlıqda olan insanlar tərəfindən Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

“Ağdam rayon ərazisində heyvan otardığım yerdə minaya düşüb sol ayağımı itirmişəm. Hadisə zamanı heyvanlardan heç birinə heç nə olmayıb”.

“Dünən saat 17 radələrində Ağdam rayon ərazisində Quliyev  Arif Sabir oğlu minaya düşüb. Minanın partlaması nəticəsində sol ayağının orta aşağı nahiyəsinin üçdə bir hissəsi travmatik amputasiya olunub”

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR