Ağdaşda əməliyyat: 8 nəfər saxlanıldı
Ağdaşda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri - Bəhruz Allahverdiyev, Mərahim Nəbiyev və Mövsüm Məmmədzadə saxlanılıb. Onların becərdikləri ümumi çəkisi 7 kiloqram olan çətənə kolları aşkar edilərək götürülüb.
Keçirilən növbəti əməliyyatlar nəticəsində isə narkotik vasitə və psixotrop maddələrin saxlanması, daşınması və satışında şübhəli bilinən daha 5 nəfər - Mirələm Mustafayev, Kamil Quliyev, Nurlan Qənbərov, Vüqar Məmmədov və Əlağa Mirağayev saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilərək dövriyyədən çıxarılıb.
Faktlarla zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
