Ağdaşda əməliyyat: aralarında qadının da olduğu 11 nəfər saxlanıldı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası, güclü təsiredici narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı yaşadıqları evlərin həyətyanı sahəsində və çöllük ərazidə narkotik tərkibli bitkilər becərən 4 nəfər rayon sakini - Aqşin Şahbazov, Bəybala Məmmədov, Nasir Səmədov və Həmid Bilalzadə saxlanılıb. Onlardan ümumi çəkisi 80 kiloqram olan 50 ədəd çətənə kolu, eləcə də Bilal Həmidzadədən əlavə olaraq qurudulmuş marixuana da götürülüb.
Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər – psixotrop maddələrin satışı ilə məşğul olan Şəhla Allahverdiyeva, eləcə də Səbuhi Vəliyev, Sərxan Abdurəhimov, Əmirxan Sadıqov, Ruslan Rəsulov, Xəyal Əliyev və Vüqar Məmmədov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan heroin, marixauana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR

Keçmiş həyat yoldaşını dəfələrlə təhdid etdi, yoldaşı ilə birgə 3 nəfəri bıçaqladı

Gedişhaqqı əslində niyə artırıldı?

Sabiq icra başçı pulları necə mənimsəməsindən danışdı
