Ağdaşda sakini qonşusunun evindən oğurluq etdi

# 12:38
18 may 2022

Ağdaş şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Zərərçəkən şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edərək yaşadığı evdən özünün olmadığı müddətdə dəmir boruların, müxtəlif məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını və ona 1500 manata yaxın maddi ziyan dəydiyini bildirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu edən zərərçəkənin qonşusu Rahim Musayev və xarici ölkə vətəndaşı Kamran Mamedov şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onların qabaqcadan əlbir olaraq hadisəni planlaşdırdıqları və oğurladıqları əşyaları müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə sataraq, əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub.

 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər qanunazidd əməllərdə iştiraklarının olub - olmaması araşdırılır.

 

Şahnəzər Bəşirov

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR