Ağstafada yas və iftar mərasimləri təşkil edənlər cərimələndi

# 11:58
24 aprel 2021

Ağstafa rayonunun Poylu kəndində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyənləşib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mərasim dayandırılıb.

 

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

 

Bundan başqa, RPŞ-nin Köçvəlli Polis Bölməsinin əməkdaşları inzibati ərazidə karantin qaydalarına zidd olaraq, 20-yə yaxın vətəndaşın iştirakı ilə iftar mərasimi təşkil edildiyini də aşkarlayıb. Polis əməkdaşları tərəfindən həmin vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, onlara pandemiya qaydaları bir daha xatırladılıb.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Ağstafa

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR