Ağsu aşırımında və Şamaxı-İsmayıllı yolunda 10-a yaxın avtomobil qəzaya düşdü

# 15:55
20 yanvar 2022

Ötən gecədən başlayaraq Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisinə yağan qar fəsadlara səbəb olub. Bu rayonların ərazisindən keçən ölkə əhəmiyyətili yollarda bir neçə avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə bu ərazilərə yağan güclü qar, həmçinin, yollarda mövcud olan duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb. Ümumilikdə 100-dən çox avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, hazırda sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyirlər. Bəzi insanlar avtomobilləri tərk edərək piyada hərəkət edirlər. Şamaxı şəhəri ərazisində "NİVA" və "Mercedes Vita" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda ağır texnikalar vasitəsilə və əl əməyi ilə yolların qardan təmizlənməsi, qum və duz səpilməsi işləri görülsə də qar yağmaqda davam edir, nəqliyyatın hərəkəti yenidən çətinləşir.

 

Şahnəzər Bəşirov, APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR