Alimpaşa Məmmədov vəzifəsindən azad edildi - SƏRƏNCAM

# 12:20
27 aprel 2021

Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

 

Qeyd edək ki, ötən gün Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı rayon İcra hakimiyyətinin bəzi vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

 

Xatırladaq ki, Alimpaşa Məmmədov 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR