"Alov qüllələri"nin qarşısındakı partlayışla bağlı TƏFƏRRÜATLAR
Bakıda “Alov qüllələri” hotelinin qarşısında yerləşən məşəldə qaz sızması səbəbindən baş verən partlayışa görə “Azəriqaz” İstehsalat Birliyi məsuliyyət daşımır.
APA TV məlumat verir ki, bu barədə “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev bildirib:
”Dəniz Qaz” ərazidə araşdırmalara başladı və məlum oldu ki, nəticədə məlum oldu ki, məşələ qədər heç bir ərazidə sızma halı müşahidə olunmamışdır. “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ildən sorakı dövrdən indiyə kimi yanlız sayğaca qədər olan hissəyə məsuliyyət daşıyır”.
O vurğulayıb ki, sayğacdan sonrakı qaz xəttində “Azəriqaz”ın heç bir nəzarət funksiyası yoxdur. Məşələ qədər hissədə heç bir problem baş verməyib, hər şey saz vəziyyətdə olub, yalnız məşələ daxil olan hissədə baş verən sızma nəticəsində sözügedən hadisə baş verib.
Xatırladaq ki, hadisə bu gün baş verib. Partlayış zamanı xəsarət alan iki nəfər təcili yardım briqadası tərəfindən xəstəxanaya yerləşdirilib. Hadisə zamanı “Mercedes” markalı avtomobilə də ciddi ziyan dəyib.
Semral Cavad,
APA TV
DİGƏR XƏBƏRLƏR

Erməni deputatlar Laçınla bağlı layihədən imtina etdilər

Naxçıvanda bayram axşamı kütləvi zəhərlənmə / “APA XƏBƏR” - 15:00

Sabah hava dəyişəcək
