Alpakanla bağlı nazirlikdən məcburi göstəriş verildi

# 18:56
25 avqust 2021

“Zoobulvar” əyləncə mərkəzində alpaqanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb".

 

Xidmətin rəsmisi Vaqif Cavadov APA TV-yə bildirib ki, sözügedən mərkəzə keçirilən baxış zamanı heyvanın saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı məlum olub:  “Alpaqanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”.

 

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə pis şəraitdə saxlandığı deyilən alpaqa ilə bağlı foto yayılmışdı. Heyvana kifayət qədər yaxşı qulluq edilmədiyi, istismar olunduğu bildirilmişdi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR