AMEA-da Azərbaycan-Koreya elmi əməkdaşlığı müzkirə olundu
Azərbaycan Respublikası ilə Cənibi Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycanlı və Cənubi koreyalı elm xadimləri, o cümlədən arxeoloqlar və digər mötəbər qonaqlar iştirak ediblər.
AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov 30 il ərzində Azərbaycan və Cənubi Koreya arasında diplomatik münasibətlərin keçdiyi böyük inkişaf yolundan bəhs edib.
Cənubi Koreyanın ölkəmizdəki səfiri Li Eun Yong Koreya və Azərbaycandan olan ekspert və akademiklərin iştirakı ilə belə bir konfransın keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib və konfransın təşkilatçılarına öz təşəkkürünü bildirib.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov Qəbələdə müxtəlif illərdə aparılmış arxeoloji tədqiqatlardan və onların uğurlu nəticələrindən danışıb.
Tədbirdə çıxış edən tarix elmləri namizədi, SEBA Assosiasiyasının şöbə müdiri İradə M. Nəcəfova bildirib ki, 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyasının Azərbaycan-Cənubi Koreya əlaqələrinin inkişafında elm, ədəbiyyat, təhsil, mədəniyyət, səhiyyə, xeyriyyəçilik və s. istiqamətlərdə mühüm rolu olub.
Daha sonra tədbirdə Qəbələ arxeoloji tədqiqatları haqqında film nümayiş olunub.
Nərmin Murad
Ziya Allahyarov
APA TV