Amfibiya təyyarəmiz Türkiyədə yanğınları belə söndürür – EKSKLÜZİV GÖRÜNTÜLƏR

# 22:25
10 avqust 2021

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş verən yanğınların söndürülməsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus amfibiya təyyarəsi də cəlb olunub. APA TV olaraq yanğınların söndürülməsində yaxından iştirak etdik.

 

Təyyarə manqasının bort-texniki Cavid Qəhrəmanov deyib ki, bu günə qədər yanğın bölgələrinə ümumilikdə 900 tona yaxın su atılıb:

 

 

“Bildiyiniz kimi Dalaman ərazisində yerləşdiyimiz müddətdə 99 uçuş və 850 ton su atmışıq. Bu gün isə əlavə olaraq 4 uçuş həyata keçirmişik. Ümumilikdə yanğın bölgələrinə 900 tona yaxın su atmışıq. Amfibiya təyyarəsi çoxməqsədli funksiyaya malikdir. Suda xilasetmə işlərində çox effktivdir. Digər ölkələrdə və yaxud bölgələrdə fövqəladə hal yarandığı təqdirdə yardımların çatdırılması, insanların təxliyəsini və yanğınların söndürülməsini həyata keçirmək mümkündür. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə FHN-nin xeyli canlı qüvvəsi, texnikası, helikopteri və təyyarəsi bu işə cəlb olunmub. Bu Azərbaycan xalqının qardaş türk xalqı üçün qardaşlıq və mənəvi borcudur. Necə ki, həmişə bir olmuşuq, bu gündə yanğınların qarşısını bir yerdə almağa çalışırıq”.

 

Amfibiya təyyarəsinin heyət komadiri Telman Hüseynov yanğın baş verən ərazilərdə relyefin müxtəlif olduğunu vurğulayıb:

 

“Gördüyünüz kimi hava isti və küləklidir. Dağların arasındayıq və burda relyef müxtəlifdir. Suyu yanğın baş verən ərazilərə tökmək üçün 1850 metr yüksəkliyə qalxmışıq. Suyu atandan sonra, yenidən su götürməyə gedəcəyik”.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR