ANAMA növbəti dəfə vətəndaşlara xəbərdarlıq etdi

# 13:33
8 iyun 2022

ANAMA işğaldan azad olunan əraziyə səfər edən şəxslərin yaxınlarına müraciət edir.

Bunu  APA TV-nin Qarabağ bürosuna açıqlamasında ANAMA-nın supervayzeri Natiq Əsədov deyib. Onun sözlərinə görə, işğaldan azad olunan əraziyə səfər edən şəxslər şəkil çəkmək üçün kənd və məzarlıqlarda müəyyən olunmuş marşrut xəttindən çıxaraq istiqaməti dəyişib minalı ərazilərə girirlər. Bu isə bəzən bədbəxt hadisə ilə nəticələnir:

Natiq Əsədov onu da bildirib ki, yay aylarında baş verən partlayışlar yanğına səbəb olur. Alovun qısa müddətdə geniş miqyas alması isə təhlükənin daha da çoxalmasına səbəb olur. İstər alovun söndürülməsi, istərsə yaralanmış şəxs və ya şəxslərin ərazidən çıxarılması isə saatlarla vaxt aparır.

Müsahibimizin sözlərinə görə, işğaldan azad olunan bütün şəhər və kəndlərdə, yolların döngələrində, məzarlıqlara gedən yollarda bildiriş lövhələri var. Lövhələrdə ərazilərdə hansı növ minaların olduğu barədə məlumat verilib. Eyni zamanda nömrə qeyd olunub. Mina və partlamamış hərbi sursatlarla qarşılaşan hər bir şəxsin  DİN – nin 102 qaynar xəttinə zəng etməsi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR