APA TV – nin çəkiliş qrupu əsirlikdən qaytarılan Cəmil Babayevin evində olub

# 19:49
9 sentyabr 2021

Ağdərədə yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə keçmiş azərbaycanlı hərbçi Cəmil Babayev ötən gün geri qaytarılıb.

 

Əməkdaşlarımız 44 günlük Vətən müharibəsində iştirak etmiş hərbçimizin evində olub, ailəsinin sevincinə şərik çıxıblar.

 

Ailəsi deyir ki, sonuncu dəfə avqustun 23-ü Cəmillə əlaqə saxlayıblar. Onun əsir götürüldüyü xəbərini də televizordan eşidiblər.

 

Cəmil Babayev 2000-ci ildə Goranboy rayonunun Muzdurlar kəndində doğulub boya başa çatıb. Ailədə 3 uşaqdırlar. Bir bacı iki qardaş. Yaxınlarının dediyinə görə, Cəmil əsgəri xidmətini başa vurduqdan sonra Vətənə olan sevgisi onu hərbiçi olmağa həvəsləndirib. O bir ildir ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qatılıb.

 

Cəmil Babayev Vətən Müharibəsində Tərtər rayonunda, Suqovuşan uğrunda döyüşlərdə iştirak edib.

 

 

Fuad Nazimoğlu,

APA TV Goranboy,

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR