APASPORT.AZ saytı yeniləndi

# 18:45
23 may 2022

APA GROUP daxil olan apasport.az saytı yenilənib.

Ölkəmizin ilk Azərbaycan dilli idman saytı oxucuları ilə görüşə həm yeni dizayn, həm də yeni məzmunda gəlir.

Azərbaycan mətbuatında ilk dəfə idman saytında oyunların onlayn nəticələri əks olunub. Futbolsevərlər, həmçinin bütün idman növləri üzrə azarkeşlər canlı gedən qarşılaşmaların hesablarını buradan birbaşa izləyə bilirlər. Hər bir ölkə üzrə turnir cədvəlləri onlayn yenilənir və heç bir yerdə dərc olunmayan statistikalarla “apasport”da tanış olmaq mümkündür.

Yarandığı gündən dünya və Azərbaycan idmanında baş verən ən önəmli hadisələri oxucularına çatdırmaqda davam edən “Apasport” proqnozevərlərə kuponlar da təklif edir. “Günün kuponu”, “Təkli kupon” və “Ekspress kupon” xüsusi proqnoz komandamız tərəfindən hazırlanaraq təqdim olunur. Yaxın müddətdə xarici ekspertlərin və fəal proqnozsevərlərin də bu işə cəlb edilməsi planlaşdırılır.

Həmçinin tanınmış futbol ekspertlərinin oyunlarla bağlı proqnozları “Mütəxəssis rəyi”ndə əks olunur. Həm yerli, həm xarici mütəxəssislərin matçlar barədə gözləntilərini “apasport”da tapmaq mümkündür.

Yaxın planda oxucular arasında uduşlu müsabiqələrin keçirilməsi də var. Bundan əlavə, tez-tez maraqlı vidoeroliklərlə də görüşünüzə gələcəyik.

Saytda yeni rubrikalar da fəaliyyətə başlayıb.

“Ofsayd” rubrikası uzun müddət kənarda qalanlara, “Ulduzlar” isə dünya miqyasında tanınan idmançıların həyatına həsr olunub.

Yeniliklərlə tanış olmaq üçün apasport.az-ı izləməyə davam edin!!!

Semral Cavad
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR