Astaraçay üzərində körpünün təməli qoyulub

# 21:14
25 yanvar 2022

Azərbaycan və İran nümayəndə heyətləri arasında görüş keçirilib.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qaseminin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşdə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, rəqəmsal və nəqliyyat naziri Rəşad Nəbiyev və digər səlahiyyətli şəxslər iştirak edib. Görüş zamanı “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması, İran ərazisindən tranzit olaraq Naxçıvan Muxtar Respublikasına və geriyə hərəkət edən Azərbaycan avtodaşıyıcılarına tətbiq olunan vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və avtomobil nəqliyyatı üzrə digər aktual məsələlər müzakirə olunub. Həmçinin Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün tikintisi üzrə praktiki işlərə başlanılması və Astara Terminal Kompleksində görülən işlərin intensivləşdirilməsi barədə razılığa gəlinib. Görüşdən sonra Azərbaycan və İran nümayəndə heyətləri görülən işlərlə yerində tanışlıq məqsədilə İran İslam Respublikasının Astara şəhərinə yola düşüblər. Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi baş tutub.

Daha sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR