Ata ilə azyaşlı qızı da terror aktının qurbanı olub

# 12:45
14 noyabr 2022

Ötən gün İstanbulun İstiqlal küçəsində baş verən terror aktı ilə bağlı daha bir təfərrüat məlum olub.

 

APA TV xəbər verir ki, partlayışda həlak olanlar arasında Yusuf Meydan adlı bir şəxs və azyaşlı qızı Ecrin də olub.

 

Yusuf Meydanın Adanada Uşaq Evləri Koordinasiya Mərkəzi İdarəsində çalışdığı və ailəsi ilə İstanbula şəxsi məqsədlər üçün gəldiyi bildirilir.

 

Ata və övladının həlak olması Türkiyə mediasında və sosial şəbəkələrdə böyük sarsıntı və üzüntü ilə qarşılanıb.

 

Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR