Atasına məxsus fermanı GÖRÜN NİYƏ YANDIRDI
Ötən gün Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindəki fermaların birində yanğın baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, nəticədə fermanın yanar konstruksiyaları və orada olan 12 min ədəd ot bağlaması yanıb. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini P.Əliyevin atasına məxsus fermanı qəsdən yandırmasına əsaslı şübhələr müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.