Avropada qazın bahalaşması Azərbaycana necə təsir edəcək?

# 16:58
4 mart 2022

”Rusiya Ukrayna arasındakı münaqişə Avropada qazın qiymətinin sürətlə yüksəlməsinə səbəb oldu. Bu isə Azərbaycan üçün müsbət haldır. Çünki biz qazımızı Avropa bazarlarına ixrac edirik. Avropada qazın qiyməti artsa da, Azərbaycanda hələ ki, proqnozlaşdırılmır”.

APA TV-nin məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Qurum rəsmisi həmçinin
Ombudsmanın təbii qaz və içməli su sərfiyyatı üzrə son zamanlarda tətbiq edilən mexaniki sayğacların əvvəlki qaydada “smart” tipli sayğaclarla əvəz edilməsi təklifinə də münasibət bildirib: ”Yeni sayğaclarda xüsusi cihazlarımız olacaq. Bu isə həmin sayğaclara bizim qurumun işçilərinin və ya vətəndaşların müdaxilə edə bilməməsi deməkdir. Ombudsmanın təklifinin səbəbini anlayırıq. Lakin yeni sayğaclardan sonra Ombudsman da ümid edirəm ki, bizim xidmətlərdən razı qalacaq”.

Eldəniz Vəliyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə qazlaşma prosesi hələ başlamayıb. Lakin qərar verildikdən sonra ilk olaraq Şuşa və Ağdama qazpaylayıcı xətlərin çəkilməsinə başlanılacaq. Qurum rəsmisi həmçinin bildirib ki, Naxçıvan Muxtar Respublikasına Zəngəzur dəhlizi vasitəsilə qaz xəttinin çəkilməsi də yaxın gələcəkdə mümkün olacaq.


Semral Cavad
Kamran Namazov
Apa Tv

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR