Avtobusun əyləc sistemi işləmədi, dayanacaqdakı adamlara çırpıldı - ÖLƏNLƏR VAR
Rusiyanın Sverdlovsk vilayətində avtobusun törətdiyi yol qəzası nəticəsində 6 nəfər həlak olub.
APA TV Lent.az-a istinadən xəbər verir ki, qəzadan sonra daha 15 nəfər xəstəxanaya aparılıb. Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.
Qəzanın avtobusun əyləcinin işə düşməməsi səbəbindən baş verdiyi, ölənlərin zavod işçilərinin olduğu bildirilir.