Avtomobili qarət etmək istədilər, qonşuları görüb maşını yandırdılar
Gəncədə minik maşınını yanıb.
Hadisə bu gün səhər 07 00 radələrində, şəhərin Aydınbəyov küçəsində yaşayış binaların birinin qarşısında qeydə alınıb. Yaşayış binasının qarşısında Anar Əhmədova məxsus park edilmiş “VAZ 21015” markalı minik avtomobili yanıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yaxınlıqdakı evlər və avtomobillər yanğından mühafizə edilib.
Avtomobilin sahibi Anar Əhmədov bildirib ki, səhər saatlarında səsə-küyə eşidib binanın qarşısına çıxıb. Onun sözlərinə görə, avtomobildən soyğunçuluq etmək istəyiblər. Qarətçilər avtomobili dayandığı yerdən bir qədər kənara aparıblar. Oğrular qonşuların avtomobilin yanına gəldiyini görüblər. Bu zaman onlar avtomobili yandıraraq qaçıblar.
Hadisə yerinə Gəncə şəhər baş polis idarəsinin əməkdaşları cəlb olunub. Avtomobildən əl izləri götürülüb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarışlarına başlanıb.
Qeyd edək ki, avtomobilin sahibinə 7000 min manata yaxın ziyan dəyib.
Yanğının baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
