Ayın ətrafında halə göründü, Xəzər ona görə quruyur?

# 18:38
5 yanvar 2023

Yanvarın 4-ü axşam saatlarında göy üzündə Ayın ətrafında halə əmələ gəlib.

Maraqlıdır, bu hal nədən baş verib və ya nəyin xəbərçisidir?

Azərbaycan Milli Elmlər Akademiyasının  Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının alimi, professor Nəriman İsmayılovun sözlərinə görə, bunu qeyri-adi hadisə saymaq olmaz. Çünki Ayın ətrafından lələkli buludların keçməsi və buludlarda altıbucaqlı kristal buz dənəciklərinin olması halənin yaranmasına səbəb olur.

Professor bildirib ki, Ayın ətrafında həlqənin yaranması meteoroloji hadisədir. Bu halın heç bir təhlükəsi yoxdur.

 

Bununla yanaşı, son bir neçə gündə Xəzər dənizində suyun 40-50 metr geri çəkilməsi hadisəsi də müşahidə olunub.

Ekoloq Rövşən Abbasov qeyd edib ki, Xəzər dənizində suyun çəkilməsinin Ayın ətrafında yaranan halə ilə əlaqəsi yoxdur. Xəzər qapalı göl olduğu üçün müəyyən su balansına malik olur. Su balansının gəlir hissəsini gölə axıb gələn çaylar, çıxar hissəsini isə buxarlanma təşkil edir.

 

Ekoloq onu da bildirdi ki, hazırda, Araz çayının Türkiyə, Gürcüstan və Azərbaycana düşən hissəsindən su götürülməsi çoxalıb. Paralel olaraq, Kür çayının iqlim dəyişikliyinin təsirinə məruz qalması da güclənib. Volqa çayının suyunda da hiss olunacaq dərəcədə azalma baş verib. Bütün bunlar isə özlüyündə Xəzər dənizinin suyunun sürətlə azalmasına səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR