Azad olunmuş ərazilərə hansı şirkətlər cəlb olunacaq? - APA TV
“Xarici investisiyaların cəlb olunması üçün ilk növbədə regionda əmin-amanlıq, təhlükəsizlik təmin olunmalıdır. Hazırda isə Azərbaycan dövləti həm Şərqi Zəngəzur, həm də ki, Qarabağ bölgəsində təhlükəsizliyi tam təmin edir”.
APA TV xəbər verir ki, bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib:
“Kritik infrastrukturun yaradılması böyük sürətlə həyata keçirilir. Bu ərazilərdə dövlət təşviqlərinin verilməsi önəmlidir. Sənaye parkı və aqroparkların yaradılması, investisiyaların qoyuluşu ilə bağlı kredit, vergi, gömrük, sığorta sahələrində güzəştlərin təqdim edilməsi və s. diqqətə alınmalıdır. Ölkə başçısı da ötən il dekabrda bununla bağlı fərman vermişdi. Nazirlər Kabineti bu məsələ üzərində hazırda işləyir. Yeni təşviq tədbirləri də təqdim olunacaq. Hazırda Azərbaycanın qalan ərazilərində 270 milyard dollardan artıq sərmayə cəlb etmişik. Bunun yarısı xarici investorların payına düşür. Xarici investorlar post-konflikt dövründə quruculuq işlərində də yaxından iştirak edəcəklər. Artıq bildiyiniz kimi Türkiyənin, Böyük Britaniyanın, İsrailin və bizə yaxın olan digər ölkələrin şirkətləri post konflikt ərazilərində fəaliyyət göstərirlər. Onlar hətta Ağdam və Arazboyu ərazilərdə rezident kimi də qeydiyyatdan keçiblər.”
Fuad Sadıqov
APA TV
DİGƏR XƏBƏRLƏR

Erməni deputatlar Laçınla bağlı layihədən imtina etdilər

Naxçıvanda bayram axşamı kütləvi zəhərlənmə / “APA XƏBƏR” - 15:00

Sabah hava dəyişəcək
