Azərbaycan-Britaniya dostluğu: Yeni Baş nazir nələrisə dəyişəcəkmi? – APA TV

# 20:33
26 oktyabr 2022

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak seçildi. İndi dünyanın bir çox ölkələrini Londonun növbəti siyasi xəttinin hansı istiqamətdə davam edəcəyi maraqlandırır. Xüsusən də bizim regionu. Maraqlıdır ki, Rişi Sunak hind əsillidir və son vaxtlar Hindistanın Ermənistana siyasi və hərbi dəstəyi artmaqdadır. Üstəlik, mediada yayılan məlumatlara görə, Hindistan Ermənistana Pinaka Mk1 üçün 3 variantda, 37,45,75 km hədəfi vuran raketlər verib. Bundan əlavə, İrəvanda Ermənistan hökuməti Hindistanla imzalanmış qrant dəstəyi ilə bağlı qarşılıqlı anlaşma memorandumunu təsdiqləyib və anlaşmaya görə, Hindistan Ermənistana "icmaların inkişafı üçün yüksək effektivli proqramları"na maliyyə dəstəyi verəcək. Onu da xatır¬latmaq yerinə düşər ki, London Azərbaycanın ərazi bütövlüyünü, eləcə də geoiqtisadi layihələri daim dəstəkləyib. Bəs görəsən, Rişi Sunakın seçilməsi illərdir davam edən Böyük Britaniya-Azərbaycan münasibətlərinə necə təsir edəcək? Məsələ ilə bağlı açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. O əlavə edib ki, bundan sonrakı proseslərdə Azərbaycan və Britaniya arasında əlaqələr inkişaf edəcək, çünki, bu hər iki dövlətin ümumi konsepsiyasına, maraqlarına uyğundur. Hindistanın Ermənistana hərbi yardımları ilə bağlı da fikir bildirən deputat bildirib ki, İrəvana satılan silahlar yeni deyil, keyfiyyətsiz silahlardır və Rusiya silahlarının eynisidr. Həm də güclü xüsusiyyətlərə malik deyillər. Deputat növbəti planlaşdırılan silah satışının baş verməməsi üçün Azərbaycanın diplomatik kanallarının addımlar attığını qeyd edib. Siyasi şərhçi Əziz Əlibəyli də bildirib ki, Britaniyanın xarici siyasəti hansısa fərdlərdən asılı deyil. O əlavə edib ki, Azərbaycanın Böyük Britaniyanın kral ailəsi ilə münasibətləri yüksək səviyyədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR