“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin edilib - SƏRƏNCAM
Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.
APA TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Milli Elmlər Akademiyasının ümumi yığıncağında Akademiyanın prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib.
DİGƏR XƏBƏRLƏR

Əhmədlidə 8 qumbara tapıldı

Türkiyədən İrandakı səfirliyimizə hücuma ilk reaksiya

Bərdə sakinin üzərindən “Naqan” çıxdı
