"Azərbaycan səfirliyinin əməkdaşı şir kimi vuruşdu" - Zaxarova
Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşüb.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranda səfirliyimizə edilən hücumla bağlı teleqram kanalında etdiyi paylaşımda bildirib.
O, Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunun videosunu paylaşaraq "Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşüb" şərhini yazıb.