Azərbaycan və Rusiya nümayəndələri arasında nələr müzakirə edilib?

# 15:06
27 oktyabr 2022

Azərbaycan və Rusiya nümayəndə heyətləri Rusiya Federasiyasının dövlət sərhədində "Yaraq-Qazmalar”, “Tahirkənd-Qazmalar”, həmçinin Azərbaycan Respublikasının dövlət sərhədində “Samur”, “Xanoba” sərhəd-keçid məntəqələrinə baxış keçirib, məntəqələrin mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.

Sonra Samur sərhəd buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, keçid imkanlarının artırılması, prosedurların optimallaşdırılması baxımından önəmli addımlardır. “Xanoba” sərhəd-keçid məntəqəsinin yenidən qurulması da iqtisadi əlaqələrinin inkişafına, ticarətin genişlənməsinə, yükdaşımaların artmasına töhfə verəcək.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Aleksey Overçuk sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasının iqtisadi münasibətlərin inkişafında, xüsusilə nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın genişləndirilməsi istiqamətində önəmli olacağını, ixracın genişləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.

Tərəflər sənaye, ticarət, tranzit və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, yükdaşımalar, aksizli malların gömrük sərhədindən buraxılması, gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR