Azərbaycana itlər və siçovullar gətiriləcək
“Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə ANAMA-nın instusional inkişafına imza atılıb. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir”.
APA-nın məlumatına görə, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanda yeni minatəmizləmə komandasının yaradılması nəzərdə tutulur: “Bu komanda qeyri-hökumət təşkilatının nəzdində fəaliyyət göstərəcək. Layihə çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılması nəzərdə tutulub. Bundan əlavə, minaaxtaran itlər və siçovullar Azərbaycana gətiriləcək. Eyni zamanda, informasiya sisteminin təkmilləşdirilməsi də layihə çərçivəsində həyata keçiriləcək. Layihənin müddəti 18 ay nəzərdə tutulub, amma ümid edirik ki, layihə davamlı olacaq”.
DİGƏR XƏBƏRLƏR

Şarl Mişel Prezident İlham Əliyevə zəng etdi

Avropada yaşayan azərbaycanlılar Brüsseldə İrana qarşı etiraz aksiyasi keçirir

Ordumuz ermənilərin səngər qazmasının qarşısını aldı
