Azərbaycana şər atan Tatoyan vəzifədən uzaqlaşdırıldı

# 10:41
25 yanvar 2022

Ermənistanda hakim “Mülki müqavilə” fraksiyasının namizədi, ədliyyə nazirinin müavini Kristine Qriqoryan yeni ombudsman seçilib: beləliklə, 2016-cı ildən ombudsman kimi fəaliyyət göstərən Arman Tatoyan bu postla sağollaşıb.

Arman Tatoyan müharibədən sonra Azərbaycana qarşı qondarma ittihamları ilə məşhurlaşmışdı. Mütəmadi olaraq sərhəd bölgəsində Azərbaycan Ordusunun “hücumları” ilə bağlı iddialar irəli sürürdü, hətta Ermənistan Müdafiə Nazirliyi bir neçə dəfə ombudsmanın iddialarını təkzib etməyə məcbur olurdu.

Ermənistanda İrəvan-Bakı, İrəvan-Ankara münasibətlərinin mümkün normallaşmasına qarşı ən çox təbliğat aparanlardan olan Arman Tatoyan Paşinyan hakimiyyəti üçün də “başağrısı”na çevrilmişdi və Nikol öz namizədini bu posta gətirməklə ondan xilas oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR