Azərbaycanda 16 yaşlı qızın toyu olub? – TƏFƏRRÜATLAR

# 22:36
1 iyun 2022

Sabirabadda 16 yaşlı qızın toyu barədə bəzi təfərrüatlar məlum olub.

APA TV-nin əməkdaşları 16 yaşlı qızın Sabirabad rayonunun Qəzli kəndində olublar. Əməkdaşlarımız evə baş çəkən anda ana və qızı Sabirabd polis şöbəsinə izahat vermək üçün dəvət olunub. Evdə yalnız suallarımıza cavab verə bilməyən qonşuları,  qızın bacı və qardaşı idi.

Qeyd edək ki, bir müddət əvvəl Lent.az xəbər portalında Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu mərasimi keçirildiyi barədə xəbər yer almışdı. Aydınlaşdıra bildiyimiz o oldu ki, 16 yaşlı qızın atası vəfat edib və ailədə 2 qız bir qardaşdılar. 9-sinifi bitirdikdən sonra yeniyetmə qız təhsilini davam etdirməyib. Polis şöbəsinə yollandıq və orada qızın gələcək qaynatası İlham Abdullayevdən bəzi təfərrüatları öyrənə bildik.

Daxili İşlər Nazirliyi Sabirabadda məktəbli qızın ailə qurmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov  bildirdiyinə görə faktla bağlı Sabirabad rayon Polis Şöbəsində bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.

Yeniyetmənin anası Zöhrə Muradova polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR