Azərbaycanda 3 helikopter hərraca çıxarılır
19 və 21 iyul tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.
Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, iyulun 19-da keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 39 nəqliyyat vasitəsi, 21 iyulda təşkil olunacaq hərraca isə 3 helikopter çıxarılıb.
Hərraca çıxarılan hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq olar.

DİGƏR XƏBƏRLƏR

Şəhərləri addım-addım işğal edən sahibsiz itlər: Hər ay kimisə öldürürlər

Ordumuzun Ağdam və Şuşadakı mövqeləri erməni silahlı dəstələri tərəfindən atəşə tutulub

Mediada uşaq hüququları necə qorunur?