Azərbaycanda AİLƏ FACİƏSİ: ər arvadını GÜLLƏLƏDİ

# 12:40
26 may 2022

Bərdədə qətl olub.

 

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Hacallı kənd sakini 27 yaşlı Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

 

İlkin araşdırmalarla zərərçəkmişin əri 26 yaşlı Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR