Azərbaycanda bu rayona qar yağdı
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, regionun bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb.
Qubanın Qrız kəndində 14 sm qar yağıb, havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Xınalıq kəndində qarın hündürlüyü 10 sm çatıb.
Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.