Azərbaycanda distant təhsilə keçən siniflərin sayı artdı - 1 dəqiqə 10 xəbər 11:00 buraxılışı

# 11:00
14 oktyabr 2021

Dərs başlayandan Azərbaycanda 241 sinif distant təhsilə keçirilib

 

Tədris ili başlayandan Bakıda 140 sinif distant tədris formasına keçib, 26-da əyani tədris bərpa olunub

 

Respublika Humanitar Fənlər Gimnaziyası bu gündən distant təhsilə keçib

 

Kaliforniyanın ikinci ən böyük şəhəri San-Dieqoda 18 oktyabr Azərbaycan Günü elan olunub

 

Filippində tüğyan edən “Kompasu” qasırğası qurbanlarının sayı 19 nəfərə çatıb, 13 nəfər itkin düşüb

 

Nigerdə naməlum şəxslərin məscidə hücumu nəticəsində 10 nəfər ölüb

 

Tayvanın cənubunda yanğın nəticəsində 9 nəfər həlak olub

 

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 239 944 046 nəfərə çatıb

 

İndoneziya hökuməti 18 ölkədən gələn əcnəbi turistlər üçün Bali adasını açıb

 

Finlandiya inkişaf etməkdə olan ölkələrə 3,6 milyon dozada koronavirus əleyhinə peyvənd bağışlayacaq

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR