Azərbaycanda doğuş zamanı faciə

# 16:27
9 avqust 2022

Şirvan doğum evində körpə doğuş zamanı ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə saat 2.00 radələrində Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı 9 aylıq hamiləlikdən sonra oğlan uşağı dünyaya gətirib. Körpənin yaxınlarının bildirdiyinə görə, doğuş zamanı körpə ölüb. Körpənin meyiti müayinə olunmaq üçün Şirvan Pataloji anatomiya və Məhkəmə tibbi ekspertiza birliyinin Şirvan bölməsinə yerləşdirilib. TƏBİB Şirvanda körpənin doğuş zamanı ölməsi faktına münasibət bildirib. Qurumdan APA TV-nin sorğusuna cavab olaraq bildirilib ki, 2001-ci il təvəllüdlü Sabirabad rayonu, Məmişlər kənd sakini 39-40 həftəlik hamilə 08.08.2022-ci il tarixində saat 23:00-da çəkisi - 3 kq 650 qr, boyu 53 sm olan kişi cinsli ölü döl dünyaya gətirib. “Doğuş yollarında dölün tələf olması (hipoksiya) qeydə alınıb.” – açıqlamada qeyd edilib. Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR