Azərbaycanda Günəş elektrik stansiyası nə vaxt hazır olacaq?

# 14:56
4 dekabr 2021

“İşğaldan azad edilən ərazilərimizdə “Yaşıl enerji” zonasının yaradılmasına dair konsepsiya sənədi hazırlanıb. Hazırda isə konsepsiya sənədi çərçivəsində ərazinin enerji təminatında bərpa olunan enerji mənbələrinin növlərindən istifadə ssenarilərinə baxılır”.

 

Bunu jurnalistlərə açıqlamasında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib: “Hidroenerji potensialından səmərəli istifadə məqsədilə kiçikhəcmli su elektrik stansiyalarının bəziləri artıq bərpa edilərək istismara verilib. Və ərazinin “Yaşıl enerji” ilə təminatına artıq töhfə verməkdədir. BP şirkəti ilə imzalanmış icra müqaviləsi çərçivəsində 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi üzrə iqtisadi və texniki dəyərləndirmələr aparılır. Ərazinin kombinatlarını müəyyənləşdirmək üçün müvafiq təhlillər aparılır və bu təhlillərin sonunda da yekun investisiya qərarını verilməsi nəzərdə tutulur. Bundan başqa, özəl sektora cəlb olunmaqla Laçın və Kəlbəcər ərazisində külək elektrik stansiyasının tikintisi üzrə ilkin hazırlıq işləri görülür”.

 

Təbriz Əmmayev bildirib ki, hazırda konsepsiya çərçivəsində elektrik enerjisi dəyər zəncirinin müxtəlif kompanentlərində yaşıl texnologiyaların tətbiqi perspektivi araşdırılır. Hər bir texnologiyanın iqlim şəraiti, kommersiya əlverişliliyi və digər bu kimi faktlar nəzərə alınmaqla səmərəli metodlar müəyyən edilir. İşğaldan azad edilən ərazilərdə enerji infrastrukturunun qurulması üzərində aidiyyəti dövlət qurumları, dövlət şirkətləri tərəfindən irimiqyaslı işlər aparılır.

 

Aytən Sakitqızı

Kamran Namazov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR