Azərbaycanda hamilə qəfil ÖLDÜ: Doğuşa saatlar qalmışdı

# 19:17
27 iyun 2022

Astarada doğuşa hazırlaşan 25 yaşlı ana ölüb. APA TV-nin cənub bürosu xəbər verir ki, rayonun Giləkəran kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Eldəniz qızı Qasımzadə yaşadığı evdə dünyasını dəyişib. Qadının meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Mərhumun yaxınları ananın ölümünə ginekoloqun səhlənkarlığının səbəb olduğunu deyirlər.

 

Hadisə ilə bağlı Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Oktay Əmənullayev APA TV-yə şifahi olaraq bildirib ki, Aytən Qasımzadə xəstəxanada qeydiyyata düşüb və ginekoloqun nəzarətində olub. Sitat: “Hamiləlik dövrü tam normal şəkildə keçib və sənədləri də qaydasındadır. Doğuşla bağlı əlamət olmadığı zaman, doğuşun baş verməsinə 10 gün qalmış evində qəflətən ölüb. Təcili yardım briqadası dəvət olunub, briqada hadisə yerinə gələndə artıq bioloji ölüm faktı təsdiqlənib. Ekstragenital ölüm ölüb, yəni ölümün ginekoloji bir problemlə bağlılığı yoxdur" – Sitatın sonu.

 

Qeyd edək ki, əczaçı kimi fəaliyyət göstərən mərhumun bu ilk hamiləliyi idi. Hazırda qadının hansı səbəbdən dünyasını dəyişdiyi Astara Rayon Prokurorluğu tərəfindən araşdırılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR