Azərbaycanda ilk dəfə: onlayn hüquqi xidmətlər təklif edilir - REPORTAJ

# 10:32
26 may 2021

Daşınmaz əmlak almaq istəyirsiniz. Şəhərin bu gözəl evlərindən biri sizin ola bilər. Amma bir az qorxu var içinizdə. Mediada o qədər bir evin bir neçə adama satıldığı ilə bağlı xəbər oxumusunuz ki. Ya da deyə-gülə aldığı evdə bir həftə oturmamış kiminsə gəlib evin əsl sahibi olduğunu deyib, sənəd göstərməsindən şoka düşən adamların sifati gəlir gözünün qabağına. Aldanmadan, sonradan problem yaşamadan necə həll etmək olar? Yolu var. Dünyada olduğu kimi bizdə də hüquqa problem yaranmamışdan öncə baş vurmaq lazımdır. Əslində məsələ çox asandır. Norma Hüquq Şirkəti bunun üçün var.

 

Norma Hüquq Şirkətinin norma.az saytına daxil olub, sizə lazım olan paketi seçirsiniz. Daha sonra sorğu yaradıb, sualınızı ünvanlayırsınız. Cəmi bir neçə dəqiqə ərzində şirkətdən sizə online qaydada cavab verir və ya zəng edirlər. 

 

Norma Hüquq şirkəti Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada hüquqi xidmətləri təklif edir. Şirkət həm fərdlərə, həm də şirkətlərə öz xidmətini təklif edir.

 

“Norma” Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev bildirir ki, hazırkı şəraitdə onlayn hüquq xidməti göstərilməsi olduqca aktualdır: “Vətəndaş ofisə gəlmədən, yol və nəqliyyat xərcləri etmədən, zamanına qənaət etməklə Norma.az saytına daxil olur. Xidmətin ödənişini edir və sorğu yaradır. Bundan sonra lazım olan sənədi və sualı bizə göndərir. Həmin sənədə və suala uyğun olaraq hüquqşünaslarımız tərəfindən məhkəmələr iddia ərizələrinin yazılması, digər dövlət qurumlarına şikayət ərizələrinin yazılması, eyni zamanda sənədlərin və müqavilələrin tərtib olunması kimi hüquqi prosedurları həyata keçiririk. Norma hüquq şirkətində ailə münasibətləri, əmək münasibətləri, vergi, cinayət, fərdi sahibkarlar üçün kommersiya razılaşmaları həyata keçirilir. Eyni zamanda biz müştərilərə korporativ hüquq xidmətləri də təklif edirik. Buraya şirkətlərin həm kənardan, həm də onların ənənəvi qaydada hüquqşünasları vasitəsi ilə hüquq işinin aparılmasını təmin və təşkil edirik”.

 

Fiziki şəxslərə onlaynla yanaşı yerində xidmət də həyata keçirilir.

 

“Norma” Hüquq Mərkəzinin şirkətlər üçün nəzərdə tutduğu korporativ xidmətlərə outsourcing hüquq xidmətləri, şirkət sənədlərinin hüquqi analizi və ekspertizası, HR, mühasibatlıq, vergi və audit xidmətləri, məhkəmə proseslərində korporativ tərəfdaşın vəkillə təmin edilməsi və digər xidmətlər daxildir.

 

Şirkət hüquqi şəxslərə korporativ xidmətlərlə bağlı ayrıca və ya kompleks abunəlik paketləri də təklif edir. Korporativ xidmətlər də yerində və onlayn qaydada aparılır: 

 

Bundan əlavə, hüquqi problemlərlə qarşılaşan istənilən sürücü xidmətin Standart, Gold və Premium dəstək paketlərindən birinə qoşularaq il ərzində hüquqi xidmətlərdən yararlana bilər.

 

Şamil Paşayev bildirir ki, şirkətin xidmət haqları vətəndaşların ortalama gəlirlərinə uyğun olaraq hazırlanıb və olduqca sərfəlidir: “Hüquq bürolarında, hüquq məsləhətxanalarında günlərlə, saatlarla vaxt keçirmək, hüquqşünasın qəbuluna yazılmaq gərəkli deyil. Artıq hüquq xidməti bir düymə qədər vətəndaşın yaxınlığındadır”.

 

Qeyd edək ki, xidmətdən istifadə etmək üçün www.norma.az saytına daxil olub, qeydiyyatdan keçmək və ya *0005 qaynar xəttinə zəng etmək lazımdır.

Unutmayın: Hüquq bir gün hamıya lazım olur!

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR