Azərbaycanda ilk - ƏSGƏR GEYİMİ, YOXSA GƏLİNLİK?

# 16:00
27 oktyabr 2021

Qadınların ən çox üstünlük verdiyi və daha çox diqqətlərini cəlb edən geyimlərdən biri də gəlinlik donlarıdır. Hər zaman müxtəlif mağazalarda, fərqli üslublarda hazırlanan gəlinliklər ilə qarşılaşırıq. Elə indi sizə təqdim edəcəyimiz bu gəlinlik kimi. Xüsusi zövqlə, hərbi formada hazırlanan və nə az, nə çox tam bir günə başa gələn bu gəlinliklə maraqlananlar az deyil.

 

Mağazanın rəhbəri Zülfiyyə Dünyamalıyeva deyir ki, hərbi gəlinliyi Zəfər gününə görə hazırlayıb: “İdeya mənim tərəfimdən gəldi və modelyerimiz Zeynəb xanım ərsəyə gətirdi. Lazım olan şeyləri mən alıb gətirdim və 1 günə tikildi”.

 

Mağazanın sahibi Zülfiyyə xanımın bildirir ki, şanlı qələbə qazanmağımız bizə həm də bir stimul verdi: “Çox hərbiyə bağlı olduğumuz üçün, ümumiyyətlə işçilərimizin yoldaşları vətənpərvər olmağımız, yəni bu içimizdən gələn bir arzu idi ki, biz bu gəlinliyi ərsəyə gətirdik”.

 

Modelyer Zeynəb xanım isə gəlinliyi sevərək hazırladığını deyir: “Bir günə başa gəldi. Qollarını müştərinin öz istəyinə görə hazırlayacağıq. Sinə hissəsi və qolları müştərinin istəyindən asılı olaraq hazırlanacaq. Çox maraqlananlar var, yazılanlar var. İnşallah 8 noyabra hazır olacaq çəkilişi”.

 

Modelyer bu cür gəlinliklərin gələcəkdə daha fərqli modellərdə hazırlanacağını bildirir.

 

Nərmin Murad,

Samir Qaragözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR