Azərbaycanda “oğru çay” – sakinlər niyə bu çayı belə adlandırır?

# 18:22
2 sentyabr 2022

Ölkəmizin cənubundakı rayonlarda təqribən 500 - ə yaxın kənd var. Bu kəndlərin əksərinin adları talış dilindədir.  

 

APA TV – nin cənub bürosu bu adlarla bağlı kiçik bir araşdırma aparıb.  Maraqlı faktlar ortaya çıxıb. Kubın, Miyənkü, Bırkandul, Şağlakücə, Bəliton, Osnakəran, Cəngəmiran, Ovovu, Mamusta, Daşdalığjar və s. Bu adlar kənd adlarıdır. Səsləndirib, tələffüz etmək bir qədər çətin olsa da, hər birinin özünə görə bir tarixi və mənası var. Azərbaycan dilinə tərcümədən sonra, kəndin adı və qədimliyi, kənd sakinləri üçün nə dərəcədə önəmli olması məlum olur. Məsələn, tarixi III – V əsrlərə gedib çıxan Mamusta kəndi kimi.

 

Belə adlara təkcə kəndlərdə deyil, eləcə də məhəllələrdə, dağlarda, meşəlik ərazilərdə, çaylarda da rast gəlinir.

 

Adı ilə diqqət çəkən daha bir kənd Daşdalığjardır. Bu kəndin adının da maraqlı tarixçəsi var.

 

Onu da qeyd edək ki, Talış dilinin üç əsas böyük dialekti  — şimal, mərkəz və cənub dialektləri var ki, bunlardan Şimal dialekti Azərbaycan ərazisində daha çox geniş yayılıb və danışılır.  Sadaladığımız kəndlərin adları məhz şimal dialektində yayılan adlardır.

 

İlkin Rzayev,

Rövşən Almazoğlu,

APA TV, Lənkəran

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR