Azərbaycanda qadın sürücü "parkovşik"i döydü

# 12:55
6 aprel 2022

Sumqayıtda parklanma nəzarətçisi döyülüb.

 

Lent.az xəbər verir ki, hadisə aprelin 5-i "Karvan" ticarət mərkəzinin qarşısında qeydə alınıb. Ad soyadı hələlik bilinməyən qadın sürücü avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini döyüb.

 

Hadisə anı ətrafda olanlar tərəfindən telefon vasitəsilə lentə alınıb.

 

Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, hadisə ilə əlaqədar həmin nəzarətçi polisə dəvət olunacaq. Əgər o, şikayətçi olarsa həmin qadın da polisə dəvət olunacaq və barəsində müvafiq tədbir görüləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR