Azərbaycanda qadınla kişini öldürüb maşında yandırdılar: cani 5 il sonra TUTULDU

# 12:26
20 may 2022

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır-qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.

 

APA TV xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

 

Belə ki, 07 iyul 2017-ci ildə Qubanın Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılmış VAZ 2106 markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

 

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 2022-cil aprelin 25-də iş üzrə dayandırılmış icraat təzələnib, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat tədbirləri ilə, Xaçmaz rayon sakini 28 yaşlı Osman Ömərovun 06 iyul 2017-ci il tarixdən 07 iyul 2017-ci il tarixə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirməsindən sonra Rəhman İşıqovla aralarında baş vermiş mübahisə ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib, daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Osman Ömərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR