Azərbaycanda qeyri-adi məktəb: Cəmi 1 şagirdi var
Bura ölkəmizin ən az şagirdi olan məktəbdir.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon mərkəzindən 35 km aralıda yerləşn Qusarın Çətkün kənd ibtidai məktəbində bir şagird təhsil alır. Təhsil ocağında iki müəllim çalışır. Müəllimlərindən biri elə şagirdin öz anasıdır.
Məktəb direktorunun sözlərinə görə keçən il Çətkün kənd ibtidai məktəbində 7 şagird, ondan əvvəl 10, iki il əvəl isə 3 şagird təhsil alıb.
Çətkün kəndi dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. 46 təsərrüfatın olduğu yaşayış məntəqəsində 152 nəfər yaşayır.
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
