“Azərbaycanda sonsuz ailələrin sayı çoxalır” - Qənirə Paşayeva
Biz nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə ortaq razılığa gələ bilmirik. “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul etmək lazımdır. Azərbaycanda sonsuz ailələrin sayı çoxalır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib. Qənirə Paşayeva qeyd edib ki, bu məsələyə görə dağılan ailələrin də sayı artır. “Qardaş Türkiyədə bununla bağlı qanun var. Belə ki, bu cür ailələr süni mayalandırma ilə bağlı əməliyyat zamanı iki dəfə dövlətdən dəstək ala bilir. Üçüncü əməliyyatın isə yarısı tibbi sığorta vasitəsilə olur, yarısını isə vətəndaş özü ödəyir. Bu əməliyyatlar həddindən artıq bahadır, hətta orta yaşayış səviyyəsinə malik insanlar üçün də bu, çox bahalı əməliyyatdır. Səhiyyə nazirimiz özü də bu məsələnin həllinin tapmasının vacibliyini vurğulayıb. İnanıram ki, yay ərzində bu qanun üzərində işlər gedəcək və mütləq payız sessiyasında bu qanun qəbul olunacaq”. Qənirə Paşayeva auitizmli uşaqların sayının artmasına da diqqət çəkib: “Bu uşaqların müalicəsinə uzun müddət lazımdır. Auitizmli övladı olan ailələrə bu istiqamətdə yardım edilməlidir”.
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
