Azərbaycandan Ukraynaya növbəti jest: Gözlər bu təyyarədədir

# 14:37
15 aprel 2022

Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bu gün Moldovaya yola salınır. 29 tonluq humanitar yardımın ümumi məbləği 1,7 milyon manatdan artıqdır: “Azərbaycandan göndərilən humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşdü. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirdi ki, bu Azərbaycandan ukraynalılar üçün göndərilən sayca üçüncü yardım təyyarəsidir”.

 

Müharibənin fəsadlarından əziyyət çəkən və Moldovada müvəqqəti məskunlaşan Ukrayna vətəndaşlarına göndərilir. Bilirsiniz ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və ona sədrlik edir. Azərbaycan müharibənin fəsadlarını çox uzun müddət yaşayıb. Ona görə də hansı ölkə olmağından asılı olmayaraq, müharibədən əziyyət çəkənlərə Azərbaycan dəstək göstərir. Yardımlar ehtiyac olacağı təqdirdə davamlı şəkildə göndəriləcək.

 

Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar bu çətin günlərdə Moldovadakı ukraynalı qaçqınlara göndərdiyi humanitar yardıma görə dövlətimizə təşəkkür edib: “Müharibə ilə əlaqədar 100 mindən çox ukraynalı qaçqın müvəqqəti olaraq Moldova ərazisində yerləşib. Bu gün Moldovaya göndərilən bu tibbi  yardıma görə mən bir daha Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

 

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya 21.5 milyon manat məbləğində 520 tona yaxın humanitar yardım göndərilib.

 

AYTƏN SAKİTQIZI

KAMRAN NAMAZOV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR