Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb
Azərbaycan Xarici İşlər Nazirliyi İrandakı səfirliyimizə silahlı hücum barədə məlumat yayıb.
Məlumatda bildirilir:
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR

Benzin və dizellə işləyən avtomobillərin satışı dayandırılır - Yeni qanun

Prezident: Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq

Tikintisinə rəy verilmədi, amma pul verildi - Məşhur keçidi kim tikmişdi, kim sökür?
