Azərbaycanın Rusiyadakı səfiri avtomobilini taksiyə çırpdı
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
APA TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Xəqani küçəsində baş verib.
P.Bülbüloğlu idarə etdiyi diplomatik nömrə nişanlı “BMW” markalı avtomobilinı eyni istiqamətdə hərəkət edən “Mercedes-Benz” markalı minik maşınına çırpıb.
Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.
Qeyd edək ki, diplomatın vurduğu “Mercedes-Benz” markalı avtomobil taksi fəaliyyəti ilə məşğul imiş.